Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Kartaltepe səmtində üçmərtəbəli yaşayış binası çöküb. Hadisə saat 08:40 radələrində Küçükçekmece rayonunun Kartaltəpə məhəlləsində Belediye küçəsi ilə Geçit küçəsinin kəsişməsində baş verib.
Bu barədə “TRT haber” məlumat yayıb. Dağıntılar altından 2-si ağır yaralı olmaqla 7 nəfər çıxarılıb.Bir nəfər həyatənı itirib.
Bildirilib ki, hadisə naməlum səbəbdən baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən və tibbi yardım briqadaları göndərilib. Məlumata görə, dağıntılar altında qalan insanlar var.



Şərhlər