Menu

Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı aksiya keçiriləcək

02.06.2024, 15:24
Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı aksiya keçiriləcək

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə yerli vaxtla saat 20:00-da “Xarici təsirin şəffaflığı haqqında” Qanuna qarşı aksiya keçiriləcək.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyanın iştirakçıları Respublika meydanına toplaşacaqlar.

Eyni zamanda, saat 21:00-da “Avropanın gələcəyi naminə” xeyriyyə konserti keçiriləcək.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 28-də “Xarici təsirin şəffaflığı” qanun layihəsinə Prezidentin veto qoymasını dəf edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol