Menu

Çexiyada 9-u uşaq olmaqla 18 nəfəri ildırım vurub

03.06.2024, 00:35
Çexiyada 9-u uşaq olmaqla 18 nəfəri ildırım vurub

Çexiyanın şimalında Liberets şəhərində 9-u uşaq olmaqla 18 nəfər ildırım vurması nəticəsində xəsarət alıb.

“Report” xəbər verir ki, bunu Liberets xəstəxanasının mətbuat katibi Vatslav Rziçara deyib.

Onun sözlərinə görə, yaralılar Praqa, Liberets və Yablonets-nad-Nisou (Şimali Çexiya) şəhərlərindəki klinikalarda yerləşdiriliblər.

Onlardan yeddisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə uşaq şənliyi zamanı baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol