Keçmiş ABŞ prezidenti və Respublikaçıların prezidentliyə namizədi Donald Tramp ötən gün Nyu-Cersi ştatının Nyuark şəhərindəki mərkəzdə “Ultimate Fighting Championship” (UFC) idman növü üzrə rusiyalı döyüşçü İslam Maxaçev ilə amerikalı Dastin Poren arasında baş tutan döyüşü izləyib.
“AzPolitika” xəbər verir ki, Tramp döyüşün ardından UFC-nin məğlubiyyətsiz çempionu, məşhur dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovla ayaqüstü söhbət edib.
Kameralar qarşısında baş tutan dialoq zamanı Nurməhəmmədov Fələstindəki münaqişədən danışıb və Trampa:“Bilirəm ki, Fələstində müharibəni dayandıracaqsan”,-deyib. Trampa dağıstanlı döyüşçünün əlini sıxıb və “Biz bunu dayandıracağıq. Mən müharibəni dayandıracağam”,- şəklində cavab verib.
Qeyd edək ki, ötən günkü yarışda 32 yaşlı İslam Maxaçev texniki nokautla amerikalı idmançını məğlub edib və yüngül çəkidə UFC titulunu qoruyub.
“AzPolitika.info”


Şərhlər