İşğalçı İsrail rejiminin rəhbəri Benyamin Netanyahunun köməkçisi Ofir Falk Təl-Əvivin ABŞ Prezidenti Co Bayden tərəfindən irəli sürülən Qəzza zolağında müharibəyə son qoymaq planının müddəaları ilə razılaşdığını təsdiqləyib. Eyni zamanda, o, layihəni qeyri-kamil və əhəmiyyətli təkmilləşdirmə tələb edən layihə kimi qiymətləndirib.
"Razılaşdığımız plan çox yaxşı deyil, amma biz həqiqətən bütün girovların azad edilməsini istəyirik", deyən Falk, eyni zamanda, İsrailin təslim olmadığını qeyd edib.
Rejimin iki ifrat sağçı koalisiya ortağı Qəzzada qətliamlar törədən Netanyahunu HƏMAS-a qarşı kifayət qədər sərt olmamaqda ittiham ediblər. Qana susamış bu canlılar Netanyahunu hər hansı razılaşmaya etiraz olaraq, hökuməti tərk etməklə hədələyiblər.
Co Bayden mayın 31-də Qəzza zolağında atəşkəs planını təqdim edərək, bunun üç mərhələdən ibarət olduğunu və İsraildən gələn təkliflərə əsaslandığını qeyd edib. Birinci mərhələ atəşkəs və hələ də yaraqlıların əlində olan bəzi girovların qaytarılmasını nəzərdə tutur. Gələcəkdə döyüşən tərəflər arasında hərbi əməliyyatların qeyri-müəyyən müddətə dayandırılması və bütün qalan əsirlərin azad edilməsi ilə bağlı danışıqların aparılması gözlənilir.
“AzPolitika.info”


Şərhlər