Hazırda həbsdə olan sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyaslına başladığı bildirilir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Günunsəsi.info”-ya onun vəkili Cavad Cavadov məlumat verirb.
Vəkilin sözlərinə görə, müvəkkilinin aclıq etməsi ilə bağlı Bakı İstintaq Təcridxanasının müdriyyəti məlumatlandırılıb.
O, bildirib ki, müvəkkilinin aclıq aksiyasına başlamasına səbəb həmçinin onun barəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qanunsuz həbslərlə bağlı İşçi Qrupunun 24-28 avqust 2020-ci il tarixdə keçirdiyi 88 saylı sessiyasında qəbul etdiyi qərarın icra edilməməsidir. Hüseyn Abdullayev işçi qrupunun 48/2020 saylı rəyi təsdiq olunmuş, Türkiyə və Azərbaycan Respublikalarına qarşı qərarın icra olunmamasına etiraz bildirir.
Qeyd edək ki, Penitensiar Xidmətdən bununla bağlı açıqlama verməyib.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2024-cü ilin aprelində onun cəzası başa çatsa da, azadlığa buraxılmadı. Barəsində yeni cinayət işi başlandığına görə onu cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüblər.
Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) ittihamı irəli sürülüb. Yeni ittihama görə, Abdullayev 2006-2014-cü illər arasındakı dövrdə 6 milyon manat vəsaitin yuyulmasında ittiham olunur, bir halda ki, istintaq artıq onun 2000-2018-ci ildəki fəaliyyətini araşdırıb. Yeni ittiham ilə Hüseyn Abdullayevi 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
“AzPolitika.info”


Şərhlər