Menu

"O sənədləri Xədicə İsmayıla mən vermişəm..." - Ramin Nağıyev

05.12.2014, 17:32
"O sənədləri Xədicə İsmayıla mən vermişəm..." - Ramin Nağıyev

Xədicə İsmayılın həbs olunacağı haqda yayılan xəbərlər və ona qarşı irəli sürülən ittihamlara, məhkəmə prossesində adı hallanan MTN-nin keçmiş zabiti Ramin Nağıyev Ölkə.az-a verdiyi açıqlamasında aydınlıq gətirib.

Ramin Nağıyevin Ölkə.az-ın baş redaktorunun sosial şəbəkədə ona yönəltdiyi suallara verdiyi cavablardan belə məlum olur ki, Xədicə İsmayılın öz profilində "MTN-nin siyasi partiyaların daxilinə yeritdiyi agentlərin dosyesi" saxtadır.

Ramin Nağıyev bildirib ki, həmin sənədlərin surətini ona internet vasitəsi ilə Azadlıq qəzetinin baç redaktoru Qənimət Zahid göndərib və xahiş edib ki, bu sənədlərin həqiqi və ya saxta olduğunu müəyyənləşdirməkdə ona kömək etsin.

"Mən sənədlərə baxan kimi onların saxta olduğunu gördüm və Qənimət Zahidə də, Xədicə İsmayılovaya da bu saxta kağız-kuğuzu heç yerdə dərc etməmələrini məsləhət gördüm. Qənimət isə bu sənədlərin surətini Mustafa Kozlu adına açılmış saxta bir profildən götürdüyü dedi. Mustafanın kim olduğunu isə heç kəs bilmir. Bu sənədlərdə Türkoğlu adlı bir müxalifətçinin agent olduğu da yazılmışdı", deyə Ramin Nağıyev Ölkə.az-ın baş redaktorunun ona ünvanladığı yazılı suallara cavab verib.

Daha sonra Ramin Nağıyev əlavə edib ki, əgər orqanlar Xədicə İsmayılovanı buna görə həbs etsələr, onda o sənədlərin əsil olduğunu özləri də bilmədən təsdiq etmiş olacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol