Bakıda baş verən dəhşətli intiharla bağlı yeni faktlar məlum olub.
Lent.az xəbər verir ki, hadisə baş verən binanın sakinlərinin sözlərinə görə, intihar edən 23 yaşlı Yaftum Orucov orada fəhlə işləyirmiş. Onun intihar etmək istədiyini görən komendant Namiq Məmiyev gənc oğlana mane olmağa çalışıb. Elə bu zaman komendant da intihar edən gənclə bir yerdə 16-cı mərtəbədən düşüb.
Lakin bunlar bina sakinlərinin dedikləridir. Hadisənin dəqiq baş vermə şəraiti və səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.
***
Bakıda intihar hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
2001-ci il təvəllüdlü Orucov Yaftum Yaşar oğlu özünü 16-cı mərtəbədən atıb.
Bu zaman o, həyətdə olan 1972-ci il təvəllüdlü Məmiyev Namiq Abı oğlunun üzərinə düşüb.
Onların hər ikisi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər