Menu

NAXÇIVANDA YENİ NAZİR TƏYİN OLUNDU - Sərəncam

04.06.2024, 20:39
NAXÇIVANDA YENİ NAZİR TƏYİN OLUNDU - Sərəncam

Naxçıvan Muxtar Respublikasında ekologiya və təbii sərvətlər naziri təyin edilib.

"AzPolitika" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, 1992-ci il təvəllüdlü Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Qeyd edək ki, Xanlar Mustafayev 20 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib, həmin tarixdən nazir vəzifələrini müvəqqəti icra edirdi. 

Şərhlər

Sadiq 2024-06-04 20:42:03

Daha təcrübəli biri tapılmadı ki , bir uşağı nazir təyin etdilər ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol