Menu

İranda prezidentliyə 80 namizəd müraciət edib – Aralarında tanış simalar da var

04.06.2024, 15:54
İranda prezidentliyə 80 namizəd müraciət edib – Aralarında tanış simalar da var

İran lideri İbrahim Rəisi məlum helikopter qəzasında vəfat etdikdən sonra ölkədə başladılan preziednt seçkiləri çərçivəsində namizədlərin müraciət müddəti ötən gün başa çatıb.

“AzPolitika” xəbər verir ki, 46-sı mühafizəkar, 16-sı müstəqil, 13-ü islahatçı, 3-ü mötədil mühafizəkar və 2-si “Bahar” hərəkatından (Əhmədinejad qrupu-red.) olmaqla, ümmulikdə 80 şəxs namizədliyini irəli sürülüb. Namizədlik üçün müraciət edənlərвэт 1-i Milli Məclisin sədri, 1-i vitse-prezident, 3-ü hazırkı nazir, 1-i parlament sədrinin müavini, 1-i keçmiş prezident, 1-i parlamentin keçmiş sədri, 13-ü keçmiş nazir, 4-ü isə qadın namizəddir. Digər namizədlərin isə əksəriyyəti keçmiş və indiki deputatlardır. Onlar - Mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, Yollar və şəhərsalma naziri Mehrdad Bezrpaş, Əmək və sosial rifah naziri Sovlet Murtezevi, vitse-prezident Əmir Hüseyn Kadızadə Haşimi, Büdcə və Planlaşdırma İdarəsinin sədri Davud Menzur və spiker Məhəmməd Bakır Kalibaf, eləcə də digər 4 qadın namizəd - Zohre Elahiyan, Hamide Zerabadi, Hacer Çınarani və Refet Beyatdır.

Namizədlik üçün müraciət edənlər arasında ən diqqət çəkən adlar parlamentin keçmiş sədri Əli Laricani, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili, keçmiş prezident Mahmud Əhmədinejad, parlament sədri Qalibaf və keçmiş vitse-prezident İshak Cihangiri olub.

Qeyd edək ki, növbəti mərhələdə  Konstitusiya Keşikçiləri Şurasının nəzdində olan Müşahidə Şurası 7 gün ərzində qeydiyyatdan keçən şəxslərin seçkilərdə iştirak etmək üçün lazımi “ixtisas”a malik olub-olmaması ilə bağlı qərar verəcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol