Menu

Moldovanın keçmiş Baş Qərargah rəisi Rusiyaya casusluqda ittiham olunur

05.06.2024, 16:42
Moldovanın keçmiş Baş Qərargah rəisi Rusiyaya casusluqda ittiham olunur

Moldovanın keçmiş Baş Qərargah rəisi İqor Qorqan Rusiya kəşfiyyatına məlumat ötürdüyü üçün vətənə xəyanətdə ittiham olunur.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Insider” nəşri məlumat yayıb.

Məlumata görə, İqor Qorqan Moldova silahlı qüvvələrinin istifadə etdiyi silahlar və Ukraynanın ölkə ərazisindən keçən təchizat xətləri haqqında məxfi məlumatları rus kəşfiyyat orqanlarına ötürüb.

İddialara cavab verən qərargah rəisi Adrian Balutel Qorqanın dövlətə xəyanət kimi cinayətlərə görə ən ağır şəkildə cəzalandırılacağını və onun hərbi mükafatlarının və fəxri rütbələrinin geri götürüləcəyini deyib.

“AzPolitika.info”

Şərhlər

Millət 2024-06-05 17:31:26

Bəs bizim keçmiş Qərargah rəisimiz Rusoyanın casusu deyil? Bəs niyə o həl həbs edilmir.sinatyət işi qaldırılmır? Kim obu nügafizə edir? Hələ cinayətləri,tüşvəxorluğu gizlədilit.Niyə?Buna 5Millət-ci kolon icazə vermor?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol