Menu

Kadırov bacısı oğlunu nazir təyin etdi - Atasını əvəz edib

05.06.2024, 17:07
Kadırov bacısı oğlunu nazir təyin etdi - Atasını əvəz edib

Çeçenistanın rəhbəri Ramzan Kadırov Adəm Çerxiqovu respublikanın Nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri vəzifəsinə təyin etdiyini açıqlayıb. Bu vəzifəni əvvəllər onun atası Ramzan Çerxiqov tutmuşdu. 

“AzPolitika” xəbər verir ki, bununla bağlı xəbərdə Çerxiqovun neçə yaşının olduğu göstərilməyib.

Adam Çerxiqovun atası Ramzan Kadırovun böyük bacısı Zərgan Kadırovanın əridir. Çeçenistanın yeni nəqliyyat nazirinin qardaşı, yəni Ramzan Kadırovun digər bacısı oğlu, 1989-cu il təvəllüdlü İdris Çerxiqov isə 2017-ci ildən Çeçenistan üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinə rəhbərlik edir.

Adəm Çerxiqov nəqliyyat naziri təyin olunana qədər Əhməd-hacı Kadırov Fonduna başçılıq edib.

Ramzan Kadırovun ailəsinin digər üzvləri də respublika hökumətində yüksək vəzifələr tuturlar. O cümlədən Çeçenistan rəhbərinin 18 yaşlı oğlu Axmat Kadırov 2024-cü ilin mayında respublikanın idman naziri təyin edilib, qızı Aişat isə baş nazirinin sosial məsələlər üzrə müavini vəzifəsini tutur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol