Menu

Bayden Normandaiyada Zelenski ilə görüşəcək

05.06.2024, 17:49
Bayden Normandaiyada Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Co Bayden bu gün səhər Fransaya səfər edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Bayden Fransada bir neçə gün qalacaq. Rəsmi ziyarətdə əsas məqsədlərdən biri İkinci Dünya Müharibəsi zamanı Müttəfiqlərin Normandiyaya desant çıxarmasının 80 illiyinə hsər olunmuş təntənəli mərasimlərdə iştirakdır. Mərasimin iyunun 6-da baş tutacağı qeyd olunur. Tədbirdə onlarla ölkənin liderləri və ya rəsmi şəxsləri iştirak edəcək. Rusiya, 2014-cü ildən sonra belə tədbirlərə dəvət edilmir.

Səfər çərçivəsində ABŞ Prezidentinin Ukrayna lideri Volodimir Zelenski ilə də görüşəcəyi bildirilir. Görüş iyunun 6-da baş tutacaq, hər iki lider Normandiyada anım tədbirində bir araya gələcək.

Müttəfiqlərin 1944-cü il iyunun 6-da Normandiyaya çıxışı o dövrdə Avropada İkinci Dünya Müharibəsinin gedişinə əhəmiyyətli təsir göstərən ən böyük tarixi əməliyyat idi. İki ay sonra Parisin azad edilməsinə səbəb olan əməliyyat 1944-cü ilin yayında Qırmızı Ordunun Belarus və Polşaya strateji hücumunu da asanlaşdırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-06-05 18:55:25

Vallah kimsə nə düşünürsə düşünsün mən çox səmimi yazıram,bu şəkildə Zelenski doğurdanda yüksək səviyədə rolunu oynaya bilib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol