Menu

Bacısını öldürməkdə şübhəli bilinən qardaş saxlanılıb

06.06.2024, 08:45
Bacısını öldürməkdə şübhəli bilinən qardaş saxlanılıb

İyunun 5-də saat 23 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsində evlərin birində 1993-cü il təvəllüdlü Məmmədova Səbinə Əli qızının küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qardaşı 1991-ci il təvəllüdlü Kərimov Sadiq Əli oğu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol