Menu

Qroznı qırğını haqda rəsmi məlumat: 14 polis, 10 yaraqlı ölüb

05.12.2014, 18:59
Qroznı qırğını haqda rəsmi məlumat: 14 polis, 10 yaraqlı ölüb

Rusiyanın Daxili İşlər Nazirliyi Çeçen Respublikasının paytaxtı Qroznıda dekabrın 4-də baş vermiş silahlı hücumla bağlı rəsmi açıqlama yayıb.

Dekabrın 4-nə keçən gecə Qroznıda yaraqlılar yol polisi postuna hücum ediblər, daha sonra şəhərdəki Mətbuat Evini və onun yaxınlığındakı orta məktəbi ələ keçiriblər.

“Media forum” saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin 5 dekabr açıqlamasında toqquşmalarda 14 polis əməkdaşının həlak olduğu bildirilir. Milli Antiterror Komitəsinin məlumata görə, əməliyyatlarda 10 yaraqlı öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol