“Siyasi islamçılar utanmadan gedib SOCAR-ın qarşısında nümayiş keçirilər. İsrailə neft satmasınlar deyirlər. Bunu nə haqqla istəyirsən, sən kimsən? Sizin HƏMAS sevginiz insanların maraqlarına zərər vurmalıdır?”
“AzPolitika” xəbər verir ki, bunu Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı “Youtube” kanalında yayımladığı “Fatih Altaylı yorumluyor” (Fatih Altaylı şərh edir-red.) proqramında deyib.
Bir neçə gündür Fələstin tərəfdarı olan bəzi qruplar tərəfindən SOCAR-ın Türkiyədəki ofisi qarşısında keçirilən etiraz aksiyalarını tənqid edən jurnalist sözlərinə bu cür davam edib: “Bu, gizli bir məlumat deyil. Daha öncə də açıqlanıb. Azərbaycan dövlətinin illərdir ki, İsraillə müqaviləsi var və illərdir ki, neft satılır. Bütün dünya Azərbaycanın qarşısında olduğu zaman İsrail Azərbaycanın yanında durdu”.
Xatırladaq ki, bir qrup fələstin tərəfdarı SOCAR-ın İstanbuldakı ofisinin binası qarşısında bu ölkənin İsrailə neft satmasına etiraz olaraq aksiya keçirib. Aksiya iştikaçıları Azərbaycanı İsrailə neft tədarük etməkdə günahlandırıb və bunun dayandırılmasını tələb ediblər. Etirazçılar həmçinin SOCAR-ın binasına daxil olmağa cəhd edib və binanın divarlarına qırmızı rəngli boya atıblar.
“AzPolitika.info”


Şərhlər