Menu

I siniflərə qəbulda 109 minə yaxın uşaq məktəb və müəllimini seçib

06.06.2024, 12:17
I siniflərə qəbulda 109 minə yaxın uşaq məktəb və müəllimini seçib

Yeni tədris ili üçün artıq 109 minə yaxın məktəbyaşlı uşaq sinfini, məktəbini və müəllimini müəyyən edib.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, bu göstərici ölkə üzrə məktəbyaşlı uşaqların 83 %-i deməkdir: "Rus bölməsi üzrə 11 minə yaxın müraciət var və gələn həftə üçün onların seçimlərinin nəticəsi məlum olacaq".

Qeyd edək ki, məktəblərə qeydiyyat sentyabrın 13-nə kimi davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol