Menu

Ukrayna daha bir rus gəmisini batırdı - VİDEO

06.06.2024, 13:17
Ukrayna daha bir rus gəmisini batırdı - VİDEO

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyanın “Saturn” yedək gəmisini məhv edib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatı gecə hücumunun videosunu nümayiş etdirib.

Videoya əlavə olaraq deyilir: "”Saturn" artıq üzməyəcək - Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları Rusiya yedək gəmisini məhv edib".

Qeyd olunur ki, hücum iyunun 6-da müvəqqəti işğal olunmuş Krım sahillərində Baş Kəşfiyyat İdarəsinin 9-cu şöbəsi tərəfindən həyata keçirilib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol