ABŞ mübahisəli “Xarici Təsirlərin Şəffaflığı Aktı”nın qəbulu və ölkənin anti-Qərb dönüşü səbəbindən Gürcüstana yardımına yenidən baxa bilər.
“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
Millerdən ABŞ-nin Gürcüstanla münasibətləri necə davam etdirməyi planlaşdırdığı soruşulub.
O, cavabında deyib ki, hazırda Dövlət Departamentində Gürcüstanla münasibətlərə yenidən baxılması və dəyişdirilməsi müzakirə olunur: “Söhbət xüsusən də Gürcüstana göstərdiyimiz yardımın həcmindən gedir. Son bir neçə ildə biz(Gürcüstana) təxminən 390 milyon dollar büdcə ayırmışıq, indi buna baxılır. Söhbət potensial sanksiyalardan, viza məhdudiyyətlərindən gedir. Biz bunu iki həftədən az əvvəl elan etmişdik. İndi biz nəyi, necə və nə vaxt edəcəyimizi araşdırırıq”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ-nin Dövlət katibi Entoni Blinken də Gürcüstana münasibətdə viza məhdudiyyətinin tətbiq ediləcəyini bəyan etmişdi.
“AzPolitika.info”


Şərhlər