Menu

“Putinin dediyi rəqəmlər yalandır” - Ukrayna əsirlərin sayı ilə bağlı məlumatı təkzib edir

06.06.2024, 16:47
“Putinin dediyi rəqəmlər yalandır” - Ukrayna əsirlərin sayı ilə bağlı məlumatı təkzib edir

Vladimir Putin son təbliğat tədbirlərinin birində Ukrayna əsirliyində guya 1348 rusiyalının, Rusiya əsirliyində isə Ukrayna Silahlı Qüvvələrinin 6465 hərbçisinin olduğunu bildirib.

“AzPolitika” xəbər verir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov yerli mətbuata açıqlamasında bu məlumatın yalan olduğunu deyib. Yusov qeyd edib ki, Putin bu saxta rəqəmləri təbliğat məqsədilə səsləndirib.

Baş Kəşfiyyat İdarəsinin nümayəndəsinin sözlərinə görə, Rusiya başçısının bu cür bəyanatları mühüm beynəlxalq tədbirlərdən əvvəl verilir.

Məlumdur ki, bu tədbirlərdə əsas mövzulardan biri də hərbi əsirlərin hüquqlarının müdafiəsi və onların vətənə qaytarılması məsələsi olacaq.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna real rəqəmləri açıqlamayacaq: “Ukrayna öz prinsiplərinə sadiqdir və əslində, Koordinasiya Qərargahının və Milli İnformasiya Bürosunun müvafiq reyestrləri işləsə də, Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı konkret rəqəmlər vermir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol