Menu

Bayden olmayan stulda əyləşmək istədi... - Ortaya qəribə görüntülər çıxdı (VİDEO)

06.06.2024, 17:15
Bayden olmayan stulda əyləşmək istədi... - Ortaya qəribə görüntülər çıxdı (VİDEO)

ABŞ Prezidenti Co Bayden ötən gün Fransaya səfər edib.

"AzPolitika" xəbər verir ki, Bayden fransalı həmkarı Emmanuel Makronla birlikdə II Dünya müharibəsinin gedişini dəyişdirən müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünə həsr olunan mərasimə qatılıb.

Bu zaman 81 yaşlı ABŞ lideri qəribə bir hərəkətlə yadda qalıb. Belə ki, Bayden Makronla görüşdükdən sonra olmayan stulda əyləşməyə cəhd edib.Onun bu hərəkəti ətrafdakılar tərəfindən böyük çaşqınlıqla qarşılanıb.

Qeyd edək ki, qəribə hərəkətləri ilə tez-tez gündəmə gələn Baydenin bu davranışı sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb olub.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol