Menu

"Cütlüklərə nikahdan əvvəl evliliyə hazırolma sertifikatı verilsin" - Deputat

07.06.2024, 14:36
"Cütlüklərə nikahdan əvvəl evliliyə hazırolma sertifikatı  verilsin" - Deputat

“Boşanma hallarının sayı gündən-günə artır. Tək yanvar-fevral aylarında gün ərzində boşanma sayı 50-nin üstündə olub”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, bu, SOS siqnalıdır: “Bizdə vətəndaş nikahı yoxdur, daha çox rəsmi nikahlardır. Bir çox halda vətəndaşlar bir-birini tanımadan tövsiyə əsasında evlənir. Komitə bununla bağlı maarifləndirmə tədbiri, ciddi bir pilot layihəsi keçirə bilər. Cütlüklər bir araya gələrək ailə institutu haqqında maariflənər, ailə qurduqdan sonra hansı məsuliyyətlər, öhdəliklər yaranır, öyrənər, həmçinin, bir-birini yaxından tanıyarlar. Hətta sonda sertifikat da verilə bilər ki, artıq nikaha daxil olsunlar. Bununla bağlı addım atılarsa, gələcəkdə bəhrəsini vermiş olar”.

Şərhlər

Mubariz 2024-06-08 11:07:52

sertifikat versəniz gənclər evlənməyəcək ,Gerizəkalılar at oynadır ,iş yox ,təhsil yox ,ev yox və s. verin sertifikat ,özüdə hökmən pullu olmalıdır ,AzPolitika sağ olun blələrini bizlərə tanıdırsız

Hikmət 2024-06-07 19:51:19

İllərdir havayı pul alıb,hələ indi də...Aşıığın sözü bitəndə neynim-neynim deyər....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol