Təl-Əviv Livanın cənubunda Hizbullaha qarşı hücum üçün ümumi hazırlıqlarını tamamlayıb.
“AzPolitika” xəbər verir ki, bunu İsrail Ordusunun Şimal Komandanlığının komandanı general-mayor Ori Qordin bildirib.
“Bir an belə dayanmayacağıq. Missiya tamamlanana qədər güc və kəşfiyyat mənbələrindən istifadə edərək mübarizəyə davam edəcəyik. Missiya şimalda təhlükəsizliyi təmin etməkdir”,-deyə Qordin bildirib.
“AzPolitika.info”


Şərhlər