Menu

“Müharibə indiki cəbhə xəttində dayana bilməz” - Zelenski

07.06.2024, 15:59
“Müharibə indiki cəbhə xəttində dayana bilməz” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, cəbhənin keçdiyi indiki xətdə müharibə dayandırıla bilməz. Çünki Rusiya irticası üçün heç bir xətt yoxdur. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, prezident bunu Fransa parlamentindəki çıxışında deyib.

Zelenski qeyd edib ki, Ukraynanın və Avropanın Rusiyaya uduzmağa haqqı yoxdur: "Putin bu döyüşdə qalib gələ bilərmi? Xeyr, çünki bizim sizinlə birgə uduzmağa haqqımız yoxdur. Bu müharibə indi mövcud olan xətdə sönə bilərmi? Xeyr, çünki şər üçün heç bir xətt yoxdur - istər 80 il əvvəl, istərsə də indi. Və əgər kimsə zaman həddi çəkməyə çalışarsa, bu, yalnız yeni müharibədən əvvəlki fasilə olacaq. 1930-cu illərdə şər öz qonşularına qarşı aqressiyanı həyata keçirərkən də belə olub, indi də eynidir. Hitler necə edibsə, Putin də eyni şeyi edir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol