Menu

Pakistanın təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı partlayış nəticəsində ölüb

09.06.2024, 21:53
Pakistanın təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı partlayış nəticəsində ölüb

Pakistanın təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinin mətbuat xidməti “X”də məlumat yayıb.

Məlumata görə, partlayış Xayber-Paxtunxva əyalətində baş verib. Hərbi qulluqçular nəqliyyat vasitəsində olublar.

Hazırda bu ərazidə yaraqlılar zərərsiləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol