Menu

“Krım körpüsünü heç nə xilas etməyəcək” -“Körpü hələlik ona görə vurulmur ki...”

10.06.2024, 14:00
“Krım körpüsünü heç nə xilas etməyəcək” -“Körpü hələlik ona görə vurulmur ki...”

Məlum olduğu kimi, Krım körpüsü işğalçı Rusiya ordusu üçün önəmli logistika vasitəsi olmaqla yanaşı, Putin hakimiyyəti üçün də böyük simvolik siyasi xarakter daşıyır. Ona göə də körpüyə edilən hər bir hücum Kreml tərəfindən olduqca ağrılı qarşılanır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, tanınmış hərbi ekspert Pyotr Çernik Rusiya Federasiyasının Krım körpüsünü qoruya bilməyəcəyini deyib.

Ekspert bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Krım körpüsünə hücumu dəf edə bilməməsi üçün Ukrayna tərəfi müəyyəm miqdarda raket, PUA və digər silah ehtiyatları toplamalıdır: “Qarışıq böyük bir raket zərbəsi olmalıdır. Orada ballistika, saatda 5400 kilometr sürətli silahlar, “ATACMS”, “STORM SHADOW”, çoxlu sayda PUA-lar iştirak etməlidir. Bütün bunların nomenklaturası 100-150 ədədə çatanda, Krım körpüsünü heç nə xilas edə bilməyəcək. Lakin bir məqam var ki, öncə bu qədər silahı toplamaq lazımdır. Ona görə də, hələ ki, lazımi sayda toplanmadığı üçün Krım körpüsünü vurmurlar”.

Xatırladaq ki, bundan öncə Almaniyanın “Bild” nəşri Ukraynanın Krım körpüsünü dağıtmağa hazırlaşdığını yazıb. Ekspertlərin fikrincə, bunu Rusiya Federasiyasının körpüyə alternativ kimi istifadə etdiyi bərə keçidlərinin son vaxtlar Ukrayna tərəfindən vurulması da təsdiqləyir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol