“İyun ayının ortasıdır, görünür, müxalifət də anlayır ki, havalar isinəndə siyasi fəallıq aşağı düşür, aksiyalara qatılanların sayı azalır. Onlar hazırkı hərəkətləri ilə vəziyyəti daha da gərginləşdirmək niyyətindədirlər”.
Bunu keşiş Baqrat Qalstanyanın dünən İrəvanda keçirdiyi növbəti etiraz aksiyasının və xalqı itaətsizliyə çağırmasının mümkün nəticələrini “AzPolitika”-ya şərh edən politoloq Fərhad Məmmədov bildirib.
Ekspert vurğulayır ki, onların mitinqlərinə qatılanların sayı getdikcə azalır və belə getsə, növbəti biabırçılıqla üz-üzə qalacaqlar. “Amma yenə də meydanda kritik hədd yoxdur ki, istədiklərinə nail olsunlar”, - o əlavə edib.
Vəziyyəti gərginləşdirməyin mümkün nəticələrinə gəlincə, F.Məmmədov hesab edir ki, bu, Baqrat Qalstanyanın həbsi ilə nəticələnə bilər.
“AzPolitika.info”


Şərhlər