Menu

Rusiyanın nüvə təlimlərinin ikinci mərhələsi başlayıb - VİDEO

11.06.2024, 14:17
Rusiyanın nüvə təlimlərinin ikinci mərhələsi başlayıb - VİDEO

Putinin göstərişi ilə nüvə silahının müharibədə istifadəsi ilə bağlı keirilən təlimlərin ikinci mərhələsi başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda nüvə silahından istifadə ilə bağlı təlimlərin keçirildiyi bildirilirb Bəyanatda həmçinin təlimin Rusiya-Belarus İttifaqı dövlətinin suverenliyi və ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi məqsədi ilə həyata keçirildiyi qeyd edilib və məqsədin şəxsi heyətin və texnikanın hazırlığını təmin etmək olduğu vurğulanıb.

Xatırladılıb ki, təlimin birinci mərhələsində Cənub Hərbi Dairəsindəki raket bölmələri “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə üzrə təlim keçiblər. Bildirilib ki, Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin bölmələri xüsusi döyüş hissələrinin aviasiya silahları, o cümlədən “Kinjal” aeroballistik hipersəs raketləri ilə təchiz edilməsi və onların təyin olunmuş patrul bölgələrinə uçurulması üzrə təcrübə keçib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol