Menu

"Rusiya XİN faydasız bəyanatlar verir" - Vitse-spiker

11.06.2024, 15:00
"Rusiya XİN faydasız bəyanatlar verir" - Vitse-spiker

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri Ermənistanla münasibətlər kontekstində faydasız bəyanatlar verirlər.

APA "armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri mütəmadi olaraq Ermənistan-Rusiya münasibətləri kontekstində müxtəlif faydasız bəyanatlar verirlər.

Rubinyan Ermənistan-Rusiya münasibətlərində açıq-aşkar problemlərin olduğunu hesab edir.

“İstək varsa, hər şeyin öhdəsindən gəlmək olar, amma öhdəsindən gəlmək özlüyündə son olmamalıdır, öhdəsindən gəlmək həm də problemlərin həllini nəzərdə tutur”, - Ermənistan parlamentinin vitse-spikeri əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol