İyunun 11-də Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Etibar Əliyev Milli Məclisdə Albaniyalı deputatlar Eduard Salsi və Arbend Pellunbi ilə görüşüb.“AzPolitika” xəbər verir ki, bu barədə millət vəkili “Facebook” səhifəsində yazıb.
Deputat Azərbaycan və Albaniyanın dost və tərəfdaş ölkələr olduğunu bildirib: “Abaniya Azərbaycan Respublikasının müstəqilliyini 4 yanvar 1992-ci ildə tanıyıb, ölkələr arsında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. 2022-ci il noyabr ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada rəsmi səfərdə olarkən iki ölkə arsında əlaqələri belə xarakterizə etmişdi: "Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk".
E.Əliyev qeyd edib ki, görüş zamanı Albaniya Parlamentində İşçi qrupunun tərkibinin yenidən formalaşması barədə fikir mübadiləsi aparılıb. Görüşdə işçi qrupunun üzvü Əliabbas Salahzadə və Milli Məclisin əməkdaşaları da iştirak edib.
“AzPolitika.info”


Şərhlər