Menu

"NATO və ABŞ-nin çağırışları nüvə doktrinasının dəyişdirilməsini zəruri edir" - Rusiya XİN

11.06.2024, 15:28
"NATO və ABŞ-nin çağırışları nüvə doktrinasının dəyişdirilməsini zəruri edir" - Rusiya XİN

NATO və ABŞ-nin çağırışları Rusiya Federasiyasının nüvə doktrinasının ehtiyaclara uyğunlaşdırmasının vacibliyini gündəmə gətirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RF-nin nüvə doktrinasının dəyişdirilməsinin mümkünlüyü haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, NATO və ABŞ-nin çağırışları Rusiya Federasiyasının əsas sənədləri ehtiyaclara uyğunlaşdırmasının zəruriliyi məsələsini gündəmə gətirir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Peterburqda xarici media orqanlarının rəhbərləri ilə görüşdə ölkəsinin nüvə doktrinasına dəyişikliklər edilməsini istisna etmədiyini söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol