Menu

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi başa çatıb - VİDEO

12.06.2024, 13:41
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının təlimi başa çatıb - VİDEO

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər. “Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol