Budapeşt NATO-nun Ukraynaya yardım göstərmək qərarlarına mane olmayacaq. Bir şərtlə ki, özü o qərarların yerinə yetirilməsində iştirak etməyəcək.
“AzPolitika” xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban NATO-nun Baş katibi Yens Stoltenberqin Budapeştə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Stoltenberq belə bir razılaşmanın əldə olunduğunu təsdiqləyib. Xüsusilə, Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirməyəcək və Ukrayna hərbçilərinin hazırlanması üçün öz ordusunu göndərməyəcək. Orban həmçinin qeyd edib ki, Macarıstan Şimali Atlantika Alyansı ölkələrindən kənarda, o cümlədən NATO qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə, heç bir NATO missiyasında iştirak etməyəcək.
Stoltenberq NATO-nun Vaşinqtonda keçiriləcək sammiti ərəfəsində Budapeştə səfər edib. Qeyd edək ki, bu toplantıda alyansın Ukraynaya il ərazində 40 milyard avro hərbi dəstəyin verilməsinin razılaşdırılması gözlənilir. Sammitdə həmçinin gələcəkdə gözlənilməz risklərin qarşısını alacaq silah təchizatı və hərbi təlim sahəsində Kiyevi dəstəkləmək üçün yeni sxemin razılaşdırılacağı gözlənilir. Budapeşt özü iştirak etməmək şərti ilə bu qərarlara mane olmayacağına söz verib.
Stoltenberqin sözlərinə görə, o, bu vəzifəni qəbul edib. Eyni zamanda o qeyd edib ki, Orban onu əmin edib ki, Macarıstan NATO-nun sadiq üzvü olaraq qalır və müttəfiqləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər