Klub rəhbərliyi 30 mindən çox bilet satışa çıxaracaq
Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın qrup mərhələsinin son turunda “İnter”ə qarşı keçirəcəyi matça maraq olduqca böyükdür.
ANS PRESS-in məlumatına görə, bunu nəzərə alan klub rəhbərliyi 30 mindən çox bilet satışa çıxaracaq.
Klubdan bildirilib ki, dekabrın 8-dən etibarən dəqiq olaraq 30 min 920 bilet satışa çıxarılacaq. Biletlərin qiymətləri həmişəki kimi, 1 manatdan 10 manata qədər olacaq. VİP üçün biletlərə isə 50 manat qiymət qoyulacaq.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu dekabrın 11-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.


Şərhlər