“Millət vəkili, psixologiya elmləri doktoru, professor Səməd Seyidovun rəhbərlik etdiyi Siyasi Psixologiya Mərkəzi əsl intellektual klubdur”.
Bunu millət vəkili Etibar Əliyev feysbukda yazıb.
“Mərkəzin yığcam və zəngin kitabxanası formalaşdırılıb, dialoq mühiti üçün bütün şərait yaradılıb. Bu mərkəzdə xeyli tanınmış simaların gənclərlə görüşləri keçirilib. Çağımızın yeni marifçiliyə böyük ehtiyacı var. "Təbiət elmləri ilə Humanitar elmlərin dialoqu" və "XXI əsr elmin populyarlaşdırılması əsridir" mövzusunda keçirilən dialoq, düşüncəmə görə, çox maraqlı keçdi. 3 saata yaxın davam edən görüşdə iştirakçıların hər birinin verdiyi suallar və qoyulan məsələyə münasibətlərindən belə qənatə gəldik ki, gənclərin və müəllimlərin müxtəlif ideyalar ətrafında fikir mübadiləsi aparmağa böyük marağı var. Sadəcə belə vacib işi gerçəkləşdirmək lazımdır. Siyasi Psixologiya Mərkəzi belə mühüm işin öhdəsindən layiqincə gəlir.
Dəvətə görə, hörmətli Səməd müəllimə təşəkkürümü bildirir və Mərkəzin işinə uğurlar arzulayıram”, E.Əliyev qeyd edib.
“AzPolitika.info”






Şərhlər
AzPolitika , ömrünüzdə bircə dəfədə olsun bu deputatın qanunverici təşəbbüsünü işıqlandırın ,yoxsa bu haqda heç bir cümlə tapa bilmirsiz ?