2018-ci ildən "dağlıq Qarabağ"la bağlı ən böyük problem ondan ibarətdir ki, 2018-ci ilin aprelində artıq elə vəziyyət yaranmışdı ki, Ermənistan istər-istəməz ya güzəştə getməliydi, ya da müharibə.
Bunu iyunun 12-də Ermənistan parlamentində çıxışı zamanı baş nazir Nikol Paşinyan deyib.
“Özümə sual verdim: yaxşı, əgər bu güzəştə getsək, növbəti güzəştə getsək, güzəştlər prosesi harada dayanacaq? Bu suala cavab verə bilmədim.
İndi bu suala cavabım varmı? Bəli, var, bu sualın cavabı belədir — Ermənistanın 29 min 743 kvadrat kilometr ərazisidir”.
Paşinyanın fikrincə, o zaman bunu qəbul edib, "dağlıq Qarabağ"ın Azərbaycanın tərkibində muxtariyyət kimi tanınması, onun təkcə erməni yox, həm də azərbaycanlı olması, birgə idarəçiliklə olması düzgün olardı.
“Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır. Mən bunu deyirəm və başa düşürəm ki, o vaxt belə bir söz deməyə cəsarət etməzdim. Mən özümü buna inandıra bilmədim. Bu, mənim ən böyük səhvim və uğursuzluğumdur. Dövlət adamı anlamalı idi ki, bütün bunları öz üzərinə götürmək lazımdır. Və bu gün mən bunu edirəm. Mən öz üzərimə götürməsəm, başqa heç kim almaz. Bu, mənim borcumdur”, - News.am Paşinyandan sitat gətirir. /"Turan"

Şərhlər
Dəfələrlə Paşinanın gəldiyi bu mövqe haqqında fikir bildirmişəm və bir daha bildirməyi də özümə borc bildim. Çünki, sanıram ki, “Ermənistan”la Azərbaycan arasında sülh sazişinə addım-addım yaxınlaşılır. Bunu Paşinyanın son çıxışları da ehtiva edir. Və indi burada onun təkirarən deməsi ki (həmişəki kimi) Ermənistanın sərhədləri 29,8 min kv.km həddində tanınmalıdır və bu da onu göstərir ki O, son 30 ildəki sələflərindən çox ağıllıdır. Çünki, biz xüsusən də Qərbi azərbaycanlılar illərdir səsləndiririk ki, indiki “Ermənistan”ın rəsmi ərazisi İravan və ona bitişik ərazilər də daxil 9.8 min kv km-dir. Ondan sonrakı ərazilər- Dərələyəz, Zəngəzur, Göyçə, Qaraqoyunlu mahalları və o mahallara bitişik ərazilər də daxil olmaqla 20,0 min kv km ermənilərə sovet dövründə bir tərəfli qaydada verilib. İndi Paşinyan da bunu çox gözəl bilir və o bir dəfəlik bu məsələni rəsmiləşdirib, həm bir dəfəlik bu söhbətə son qoymaq istəyir, həm də bununla adını “Ermənistan”nın olmayan tarixinə qızıl həriflərlə yazdırmaq istəyir.. Amma biz onu da çox gözəl bilirik ki, Azərbaycanın Dövlət Başçısının da bu məsələdə öz planları var və özü demişkən nəyi necə və nə zaman edəcəyini də O çox gözəl bilir. Məhz bu baxımdan da, inanırıq ki, bağlanacaq sülh sazişində Azərbaycanın indiki rəhbərliyi Azərbaycan Xalq Cümhuriyyətinin yüz il öncəki yanlışlıqları təkirar etməyəcəkdir. Allah yardımçımız olsun.