Xəbər verdiyimiz kimi, iyunun 11-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşüb.
“AzPolitika” xəbər verir ki, ikili arasında vaş tutan görüşə dair yayımlanan görüntüərdə maraqlı bir məqam üzə çıxıb. Belə ki, Fidanla Putinin görüş zamanı üzbəüz və bir-birinə yaxın məsafədə oturub, danışıq aparmaları diqqət çəkib.
Sözügedən görüntülər Putinin bundan əvvəlki görüşlərini gündəmə gətirib. Belə ki, Putinin bundan əvvəlki görüşlərinin bir çoxu uzun masa ətrafında baş tutub. Məsələn, Rusiya lideri 2022-ci ildə fransalı həmkarı Emmanuel Makronu, Almaniya Kansleri Olaf Şoltsu, 2023-cü ildə isə Çindən olan nazirləri, hətta keçmiş müdafiə naziri Sergey Şoyqunu belə uzunluğu 4 metr olan masanın digər başında əyləşdirmişdi. Həmin vaxt guya Covid-19 tədbirləri çərçivəsində belə qərarların alındığı bildirilmişdi.

Qeyd edək ki, Türkiyə mətbuatında da gündəm olan görüntülərlə bağlı maraqlı fikirlər irəli sürülüb. Əksər KİV-lər bu yolla Putinin "Rusiyanın Türkiyə ilə yaxın olduğu" mesajını verməyə çalışdığını iddia edib.
“AzPolitika.info”


Şərhlər
V.V.Putin uzun liderlik dövrünün sınağında əmin olub ki, nə qədər əks olsan da, dünyada RF üçün rəsmi Bakı, Orta Asiya və Türkiyədən sədaqətli yoldaşlar və tərəfdaş yoxdur!?
Rusiyanın dostu yoxdur.Özlərinə lazım olan zaman ən yaxın olanı belə vurmağa hazırdırlar.