Menu

İtaliya parlamenti qarışıb – Deputat əlil arabası ilə parlamentdən çıxarıllb (VİDEO)

13.06.2024, 11:51
İtaliya parlamenti qarışıb – Deputat əlil arabası ilə parlamentdən çıxarıllb (VİDEO)

İtaliya parlamentində Baş nazir Giorgia Meloninin rəhbərlik etdiyi sağçı koalisiya hökumətinin hazırladığı regional hökumətlərə daha çox muxtariyyət verən qanun layihəsinin müzakirələri zamanı deputatlar arasında əlbəyaxa dava düşüb.

Belə ki, “Beş Ulduz” Hərəkatının deputatı Leonardo Donno İtaliya bayrağını açaraq qanun layihəsinə etiraz edib. Hakim partiyalardan olan parlament üzvləri onun bu hərəkətinə sərt reaksiya verib və Donnoya hücum ediblər.

Aldığı yumruq zərbələrindən yerə yıxılan Donno əlil arabası ilə parlament binasından çıxarılıb. Davadan sonra sessiya dərhal dayandırılıb. Qarşıdurmanı dağıtmaq üçün araya girən mühafizəçilərin də yaralandığı bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol