Menu

"Onu “baqajnik”ə qoyub gətizdirərdim...” - Paşinyan keşiş Baqratla görüş barədə danışdı

13.06.2024, 21:27
"Onu “baqajnik”ə qoyub gətizdirərdim...” - Paşinyan keşiş Baqratla görüş barədə danışdı

Parlamentdə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan müxalif deputatların İrəvanda etiraz aksiyaları təşkil edən keşiş Baqrat Qalstanyanla görüşməsi məsələsini qaldırıblar.

“AzPolitika” xəbər verir ki, erməni mətbuatının yazdığına görə, Paşinyanın bu təklifə reaksiyası həm sərt, həm də ironik olub: “Əgər mənim adıçəkilən şəxslə görüşmək həvəsim olsaydı... Bir aydır o, küçələrdə arxamca düşüb təkrarlayır: “Görüşək, görüşək, görüşək, gəl görüşək, axı nə olar görüşək...” Mən görüşərdim. Və sonra nə? Demək istəyirsiniz ki, Ermənistan Baş naziri üçün kiminləsə görüşmək problemlidir? Əgər bu, sərt polis diktaturasıdırsa, baş nazir kiminləsə görüşmək istəyir, amma görüşə bilmir? Əgər görüşmək istəsəydim, güc orqanlarına əmr edərdim ki, onu “baqajnik”ə qoyub mənimlə görüşə gətirsinlər. Təbii ki, əgər mən o cür birisi olsaydım. Amma mən təbii olaraq, eləsi deyiləm və erməni  kilsəsinin itaətkar davamçısıyam. Qanuna tabe vətəndaş kimi, bu cür davranmıram. Amma xahiş edirəm siz də belə olun. Onların dediyi kimi, diktatura rejimidir və bu rejim kiminləsə görüşmək istəyir, ancaq görüşə bilmir?”

Paşinyan parlament zalından gələn “o, sizə inanmır” atmacasına cavab verərkən isə ironiya ilə keşiş Baqrat Qalstanyanın dini inancına şübhə etdiyini deyib: “Əzizlərim, yaxşısı budur qoy o, əvvəlcə Tanrıya inansın. Mənə inanması heç lazım da deyil...” 

Onun bu sözlərini zaldakı hakim partiya deputatları alqışla və gülüşlə qarşılayıb.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol