Menu

“SpaceX”-in keçmiş işçiləri Maskı məhkəmyə veriblər

13.06.2024, 14:45
“SpaceX”-in keçmiş işçiləri Maskı məhkəmyə veriblər

ABŞ-nin kosmik gəmi və raket istehsalçısı “SpaceX”-dən qovulan 8 nəfər şirkətin sahibi İlon Maska qarşı məhkəməyə verib.

“AzPolitika” xəbər verir ki, Kaliforniya əyalət məhkəməsində iddia qaldıran şikayətçilər 2022-ci ildə işdəki problemlərlə bağlı rəhbərliyə yazdıqları məktuba görə işdən çıxarıldıqlarını iddia ediblər. İddiaçılar məktubu imzalayan dörd şəxsin məktubu göndərdikdən dərhal sonra, digərlərinin isə daxili araşdırmadan sonra işdən qovulduqlarını bildiriblər. İddia ərizəsinə Musk-ın sosial şəbəkədəki paylaşımlarını sübut kimi daxil edən şikayətçilər, “SpaceX”-də uyğun olmayan iş mühiti ilə bağlı şikayətlərinə çox vaxt məhəl qoyulmadığını deyiblər.

İddiaçılar “haqsız yerə işdən çıxarıldıqlarını” əsas gətirərək şirkətdən maddi təzminat tələb edirlər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol