Menu

Pentaqon rəhbəri Rusiyanın müharibədəki itkilərini açıqladı

13.06.2024, 16:20
Pentaqon rəhbəri Rusiyanın müharibədəki itkilərini açıqladı

Döyüşlərin başladığı gündən bu yana Rusiya ən azı 350 min hərbçisini itirib.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ müdafiə naziir Lloyd Ostin Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən “təmas qrupu”nun iclasından əvvəl deyib.

Ostin Vladimir Putinin Ukraynada genişmiqyaslı işğala başlamasından artıq 840 gün keçdiyini diqqətə çatdırıb və Rusiyanın itkiləri ilə bağlı məlumat verib.

“Ukrayna qüvvələri Qara dənizdə 24 rus gəmisini batırıb, məhv edib və ya zədələyib. 2023-cü ilin sentyabrından Rusiya Ukraynada 2600-dən çox döyüş maşını itirib. Təkcə may ayında rus işğalçıları Avdeyevkanın qərbində 160-dan çox döyüş maşını itiriblər. Bu, Rusiyanın Putinin imperiya ambisiyaları üçün ödədiyi bədəlin növbəti xatırlatmasıdır”, - Ostin bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol