Menu

Rusiyada cəbhədən qaçan “zek” iki qadına hücum edib

13.06.2024, 18:04
Rusiyada cəbhədən qaçan “zek” iki qadına hücum edib

Rusiya Federasiyasında Ukraynaya qarşı işğaıçılıq müharibəsindən qaçan daha bir keçmiş məhbus cinayət törədib.

“AzPolitika” xəbər verir ki, Rusiya KİV-inin yazdığına görə, cinayət Kaluqa vilayətində, Optina monastırının yaxınlığında törədilib. Avtomatla silahlanmış şəxs iki qadının olduğu avtomobilə hücum edib. 

O, maşını saxlayaraq havaya və yerə atəş açıb. Nəticədə qadınlardan biri yaralanıb. Məlumata görə, hadisədə iştirak edən şəxs 41772 saylı hərbi hissədə xidmət edən 31 yaşlı rus əsgəri Andrey Dımovskixdir: “O, Ukraynadakı müharibədən qaçıb və monastırın yaxınlığında atəş açmağa başlayıb... Dymovskix gecə saatlarında meşədə gizlənib, onu tutmaq istəyən polisə atəş açıb və yalnız səhər saatlarında saxlanılıb”.

Dımovskix buna qədər qədər iki dəfə oğurluq və narkotik maddələrin qaçaqmalçılığına görə məhkum edilib. 2019-cu ilin yayında o, ciddi rejimli koloniyada cəza çəkmək şərtilə 5 il müddətinə həbs olunub. O, yalnız 2024-cü ilin avqustunda azad edilməli idi, lakin vaxtından əvvəl azad edilərək müharibəyə göndərilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol