Menu

Rəcəb Tayyib Ərdoğan G7 Liderləri Zirvəsinin xüsusi qonağı olacaq

14.06.2024, 08:32
Rəcəb Tayyib Ərdoğan G7 Liderləri Zirvəsinin xüsusi qonağı olacaq

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Yeddilik (G7) Liderləri Zirvəsində xüsusi qonaq qismində çıxış edəcək.

APA xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın çıxışının əsas hissəsini İsrailin Qəzzada 8 aydır davam edən hərbi əməliyyatları tutacaq.

Bundan başqa Ərdoğanın çıxışında Rusiya-Ukrayna müharibəsi və iqtisadi əməkdaşlıq məsələlərinin də olacağı bildirilir.

Ərdoğan çıxışı zamanı Türkiyənin Qəzzada atəşkəsin təmin edilməsi üçün göstərdiyi diplomatiya və humanitar yardımlardan danışacaq.

Şərhlər

Veteran 2024-06-14 22:00:24

Alqışlayırıq !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol