Menu

Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq

14.06.2024, 12:06
Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq

Türkiyə-Azərbaycan Universitetinin binası Bakının mərkəzində olacaq.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq:

"Universitetin tədris binası şəhərin mərkəzində olan binalardan biri olacaq".

O qeyd edib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol