Menu

Ukrayna üzrə Sülh Sammitində iştirak edəcək ölkələrin yekun siyahısı məlum olub

15.06.2024, 08:06
Ukrayna üzrə Sülh Sammitində iştirak edəcək ölkələrin yekun siyahısı məlum olub

İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyi iyunun 15-16-da ölkəsində keçiriləcək Ukrayna üzrə Sülh Sammitinə qatılacaq ölkələrin tam siyahısını dərc edib.

“Report” xəbər verir ki, yekun siyahı xarici siyasət idarəsinin saytında dərc olunub.

İctimailəşdirilmiş siyahıya görə, zirvədə ümumilikdə 92 ölkənin nümayəndələri iştirak edəcək. Onlardan 57-si liderlər, 29-u nazirlər, altısı isə səfirlər səviyyəsində təmsil olunacaq. Sammitə həmçinin səkkiz beynəlxalq təşkilatın nümayəndə heyəti də qatılacaq.

Qeyd edək ki, sammitə 160 ölkə dəvət olunmuşdu. Onların arasında Rusiya olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol