“Tavuş Vətən uğrunda” hərəkatının etiraz aksiyalarını maliyyələşdirən iki nəfər barəsində cinayət işi başlanıb. Biri həbs edilib, digərinin saxlanılması barədə qərar çıxarılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, müəyyən edilib ki, Ararat vilayətinin Artaşat icmasının sakini G.V., Vayots Dzor vilayətinin Yeqhegis icmasının nümayəndəsi V.D.-yə və sonuncunun köməyi ilə bir qrup şəxsə maddi dəstək verib.
Qeyd olunur ki, əsas məqsəd İrəvanda davam edən etiraz aksiyalarında daha çox adamın iştirak etməsinə nail olmaq olub.
İstintaq Komitəsi bildirir ki, ümumilikdə bu işdə əli olan 11 nəfər həbs edilib, onların barəsində müxtəlif müddətlərə həbs qətimkan tədbiri seçilib.
“AzPolitika.info”


Şərhlər