Menu

"Dua kimi hücumçuya ehtiyacımız var idi" - Murat Yakın

15.06.2024, 21:05
"Dua kimi hücumçuya ehtiyacımız var idi" - Murat Yakın

Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi.

"Report" xəbər verir ki, bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın Macarıstan ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin I turunun oyununda sonra baş tutan mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasının hər bir üzvünün yaxşı çıxış etdiyini bildirib: "Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. İlk hissə istədiyimiz oyunu sərgilədik. Azarkeşlərimiz möhtəşəm idi. Kvadvo Dua kimi hücumçuya ehtiyacımız var idi. O, bu gün əla oyun sərgilədi. Xoş sözlər üçün hər kəsə təşəkkür edirəm, lakin hələ ki, heçnə əldə etməmişik".

Qeyd edək ki, AVRO-2024-ün B qrupunun ilk matçında İsveçrə Macarıstan yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol