Menu

Ukrayna üzrə ikinci sammitin mümkün tarixi açıqlanıb

16.06.2024, 21:46
Ukrayna üzrə ikinci sammitin mümkün tarixi açıqlanıb

Ukrayna üzrə ikinci sülh sammiti ABŞ-dəki prezident seçkiləri öncəsi baş tuta bilər.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, bu barədə İsveçrənin xarici işlər naziri İqnatsio Kassis bildirib.

Onun sözlərinə görə, növbəti sammitin məqsədi Ukraynada sülhə necə yol açmaq olacaq.

Kassis qeyd edib ki, növbəti görüş yaxın 5 ay ərzində, ehtimal ki, noyabrda ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl baş tutacaq.

Lakin bu görüşün dəqiq harada keçiriləcəyi hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol