Menu

Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb

18.06.2024, 11:09
Netanyahunun iqamətgahına girməyə cəhd edən 8 nəfər saxlanılıb

İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahunun iqamətgahı yaxınlığında keçirilən etiraz aksiyası zamanı 8 nümayişçini saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nümayişçilər hökumət başçısının iqamətgahına qanunsuz daxil olmağa cəhd ediblər.

Xatırladaq ki, iyunun 14-də polis Netanyahunun dənizkənarı Qeysəriyyə şəhərindəki evinin yaxınlığında keçirilən qanunsuz etiraz aksiyasına görə 4 nəfəri saxlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol