Menu

“Ebola” virusu daha iki həkimi öldürdü

06.12.2014, 12:05

141012144849_ebola_virus_624in_v2_azeriSyerra-Leonedə “Ebola” virusuna yoluxan 2 həkim dünyasını dəyişib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər virusa yoluxan xəstələri müalicə edən zaman “Ebola”ya yoluxublar.

Ümumilikdə, Syerra-Leondeə ölümcül virusa son 1 həftədə 537 nəfər yoluxub.

Epidemiya 1500 Syerra-Leone sakininin həyatına son qoyub.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə “Ebola” virusuna 17 min nəfər yoluxub və 6 min insanın ölümünə yol açıb. Ən böyük zərər Qvineya, Liberiya və Syerra-Leone ölkələrinə dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol